Dəhşətli hadisə: Polis maşını ilə toqquşan təcili tibbi yardım maşınındakı xəstə xəstəxanaya çatdırılmadan dünyasını dəyişib

Polis maşını ilə toqquşan təcili yardım avtomobildəki xəstə xəstəxanaya çatdırılmadan dünyasını dəyişib.

Yerli mətbuatın yaydığı məlumata görə, hadisə Qoridə, Kombinati qəsəbəsində baş verib.

Yol-nəqliyyat hadisəsini törədən təcili yardım maşının ağır xəstəni klinikaya apardığı bildirilir.

Təcili yardımın xəstəxanaya apardığı 60 yaşlarında olan kişinin isə hərbi hospitala çatdırılması üçün başqa təcili yardım briqadası çağırılıb. Xəstə klinikaya çatdırılanadək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bizi WhatsApp – da izləyin.