Tbilisidə atışma: Avtomobildən bir nəfəri…
Tbilisinin Dolidze küçəsində silahlı insident baş verib.
Yerli mətbuatın yaydığı məlumata görə, hadisə nəticəsində bir nəfər yaralanıb.
Belə ki, naməlum şəxs və ya şəxslər avtomobildən atəş açaraq gənci yaralayıb, daha sonra isə ərazidən qaçıblar. Yaralı şəxs tibb müəssisəsinə yerləşdirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma 117-ci və 236-cı (qanunsuz olaraq odlu silah əldə etmə və saxlama) maddələri ilə istintaq başlayıb.
Bizi WhatsApp – da izləyin.