Türkiyədə genişmiqyaslı əməliyyat – 536 nəfər tutuldu

Türkiyə hüquq-mühafizə orqanları ölkədə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat həyata keçirib.

Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

O bildirib ki, “Gürz-34” adlı əməliyyat 12 gün ərzində ölkənin 57 bölgəsini əhatə edib.

İŞİD-ə üzvlük, terroru maliyyələşdirmə və qeyri-qanuni birliklərlə əlaqələrdə şübhəli bilinən 536 nəfər saxlanılıb.

Bizi WhatsApp – da izləyin.