Ermənistanda Gürcüstan dövlət nömrə nişanlı mikroavtobusun toqquşması nəticəsində 14 nəfər…

Ermənistanın Araqatsotn rayonunda (əvvəlki tarixi Şorəyel Mahal – red) rayonunda ağır yol qəzası olub.

Bu barədə RealNews.ge xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Gürcüstan dövlət nömrə nişanlı “Mercedes Vito” markalı mikroavtobusun “Opel Astra” markalı minik maşını ilə toqquşması nəticəsində 14 nəfər xəsarət alıb. Onlar arasında uşaqlar da var.

Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin başvermə səbəbi açıqlanmır.

Faktla bağlı araşdırma aparılır.