Donetskin atəşə tutulması nəticəsində ölənlərin sayı 27-yə çatıb
Ukraynanın işğal altındakı Donetsk şəhərinin Tekstilşik mikrorayonuna artilleriya zərbəsi nəticəsində 27 nəfər ölüb, 25 nəfər yaralanıb.
Bu barədə “Donetsk Xalq Respublikası”nın rəhbəri Denis Pişulin teleqramda bildirib.
“USQ-nin Donetskin Tekstilşik mikrorayonuna artilleriya atəşi nəticəsində 27 mülki şəxs həlak olub, daha 25 nəfər, o cümlədən iki yeniyetmə müxtəlif dərəcəli xəsarətlər alıb”, – qondarma region başçısı qeyd edib.
Rusiya tərəfi Ukraynanı ittiham edir. Kiyev ittihamları hələlik şərh etməyib.