Telavidə 3 həmkəndlisini güllələyən şəxs saxlanılıb – VİDEO
Telavi bələdiyyəsində 3 həmkəndlisini yaralayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata əsasən, DİN-in Kaxeti Polis Departamentinin Telavi rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ş.K.-ni qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə saxlayıblar.
İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs Telavi bələdiyyəsinin Lapanğuri kəndində qarşılıqlı mübahisə zəminində 3 həmkəndlisinə silahla xəsarət yetirib.
Yaralılar xəstəxanaya çatdırılıb.
Məlumat üçün onu da bildirək ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117 və 236-cı maddələri ilə iki və ya daha çox şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma, qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə faktları üzrə istintaq davam etdirilir.