Alyans Gənclər Mərkəzinin təşkil etdiyi kurslara qeydiyyat başlayıb

Tbilisidə fəaliyyət göstərən Alyans Gənclər Mərkəzinin təşkil etdiyi kurslara qeydiyyat başlayıb.

RealNews.ge xəbər verir ki, bu barədə Mərkəzdən bildirilib.

Qeyd edilib ki, dərslərə fevral ayının 12-dən başlanılcaq və bir saat olmaqla həftədə 3 dəfə keçiriləcək.

Kurslar 4 ay davam edəcək.

Onu da bildirək ki, dərslər başlanğıc və elementar səviyyədə tədris olunacaq.

13 yaşdan yuxarı hər kəs Azərbaycan dili, Azərbaycan tarixi, İngilis dili, Gürcü dili və rəsm kurslarına qeydiyatdan keçmək üçün aşağıda qeyd edilən məlumatları Mərkəzin telefon və elektron poçt ünvanına göndərə bilərlər:

Ad
Soyad
Şəxsiyyət vəsiqəsinin surəti
Təvəllüd
Valideyn ad, soyadı
Valideyn əlaqə nömrəsi
Qeydiyyatdan keçmək istədiyiniz fənn
Telefon: +995574757577
E-mail: alyansgenclermerkezi@gmail.com
Ünvan: Tbilisi ş. Kazbeki pr. 44 , 6-cı mərtəbə.