MSK məntəqələrin 93,3 faizinin nəticələri barədə: İlham Əliyev 92,05% səslə liderdir

Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.

Belə ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məntəqələrin 93,3 faizinin nəticəsini elan edib.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,19 faiz;

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 faiz;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76 faiz;

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8 faiz;

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67 faiz;

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə 0,53 faiz səs toplayıb.

Qeyd edək ki, sayılmış seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı 4 660 025-dir, hesabat vermiş seçki məntəqələrinin sayı isə 6 102-dir.