Rustavidəki “İstanbul” bazarında silahlı şəxs 4 nəfəri qətlə yetirib – FOTO

Rustavidə silahlı şəxs “İstanbul bazarı” adlanan ərazidə 4 nəfəri qətlə yetirib.

Belə ki, hadisə yerindən aldığımız məlumata əsasən öldürülən şəxslər bazardakı ət satıcıları və müştərilər olub. Naməlum şəxs daha sonra cinayəti törətdiyi silahı hadisə yerində qoyaraq, qaçıb.

Əraziyə təcili tibbi yardım və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.