Tbilisidə dəhşətli qəza: İçərisində 5 nəfər olan avtomobil Kürə aşıb

Tbilisidə Metexi körpüsündə avtomobil hasara çırpılaraq Kürə aşıb.

Yerli mətbuatın yaydığı məlumata əsasən hadisə ötən gün 23:00 radələrində baş verib.

Hadisə şahidlərinin məlumatına görə avtomobildə 5 nəfər olub.

Hazırda Kür çayında axtarış xilasetmə tədbirləri davam edir. Bu dəqiqələrədək nə avtomobil, nə də içərisində olan şəxslər tapılmayıb.