Kürə aşan avtomobil çıxarılıb, bir nəfərin cəsədi…

Xilasedicilər Metexi körpüsündən Kürə aşan avtomobildə bir nəfərin cəsədini aşkar ediblər.

Dalğıclar və xilasedicilər bir neçə saat hadisə yerində çalışıblar.

Xatırladaq ki, qəza ötən gün axşam saatlarında baş verib. Körpü ilə hərəkət edən avtomobil hasara çırpıldıqdan sonra suya düşüb.