İrakli Kobaxidze Əli Əsədova təbrik məktubu ünvanlayıb

Baş nazir İrakli Kobaxidze Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.

Məktubda İ.Kobaxidze Ə.Əsədovu Azərbaycan Respublikasının Baş naziri təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan-Gürcüstan əməkdaşlığı və qarşılıqlı dəstəyi iki ölkənin strateji tərəfdaşlığının və sıx mehriban qonşuluq əlaqələrinin bariz ifadəsi kimi qiymətləndirilib, münasibətlərin gələcəkdə daha da intensiv və əhatəli olacağına əminlik ifadə olunub.

İrakli Kobaxidze iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində birgə səy göstərməyə hazır olduğunu bildirib.