Gürcüstanı təmsil edən Emil Xəlilov və Kənan Bayramov Taylandda böyük uğurlar qazanıblar – FOTO
Yanvar ayının 20-də Taylandın paytaxtı Banqkok şəhərində keçirilən KickBoksing üzrə dünyanın ilk 5 ən böyük təşkilatlarından biri olan Kunlun Fight-də döyüşən Emil Xəlilov yerli rəqibini məğlub edərək qələbə qazanıb. Kənan Bayramovun rəqibi isə zələndiyindən onun döyüşü baş tutmayıb.
RealNews.ge xəbər verir ki, dünyaca məşhur One Championship tərəfindən döyüş təklifi alan Gürcüstan təmsilçisi Kənan Bayramov fevralın 2-də Ricardo Bravoya qarşı döyüşüb.
Fevralın 17-də isə Emil Xəlilov Kambocaya gedərək, bu ölkədə Gürcüstanı təmsil edən ilk Kick Boksçu olub. O, burada yerli rəqibinə qarşı keçirdiyi döyüşdə hakimlərin qərarı ilə barəbərə qalıb.
Onu da bildirək ki, fevralın 24-də döyüşmək üçün Kambocadan Kənan Bayramova da təklif gəlib.
Hal-hazırda qarşıdakı günlərdə keçiriləcək döyüşlər üçün idmançılarımızın hazırlıqları Taylandın Puket şəhərində davam edir.
Qeyd edək ki, Qardabani rayonunun Kharajala Fight Club-un yetirməsi, İSKA K1 Dünya çempionu Özcan Əhmədov da döyüşlərə qatılmaq üçün məşqçisi İsvahan Əliyev tərəfindən Taylanda yola salınıb.
Mart və aprel aylarında Çində keçiriləcək döyüşlərdə iştirak üçün də təkliflər alan təmsilçilərimiz One Championship-də mübarizə aparan ilk Gürcüstanlı idmançılardır. Onların hər üçü Kharajala Fight Club-un yetirməsidir. Baş məşqçiləri isə İsvahan Əliyevdir.
Bu uğurları münasibətilə ölkəmizi təmsil bütün idmançılarımızı təbrik edir, onlara gələcək qarşılaşmalarında uğurlar arzulayırıq!