250 min larilik bəyan edilməmiş siqaret aşkarlanıb – FOTO

İstintaq xidməti tərəfindən külli miqdarda bəyan edilməmiş siqaretlərin saxlanması və daşınması faktına görə 3 nəfər saxlanılıb.

Bu barədə Maliyyə Nazirliyinin İstintaq xidməti məlumat yayıb.

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşlarının Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti polis idarəsi ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində bir qrup şəxs tərəfindən, 2024-cü il martın 1-də külli miqdarda bəyan edilməmiş siqaretin saxlanması və daşınması faktı üzrə 3 nəfər həbs edilib.
Aparılmış istintaq hərəkətləri nəticəsində Sameqrelo vilayətində üç yerdə təqsirləndirilən şəxslərdən satış üçün nəzərdə tutulmuş, ümumi bazar dəyəri 256 min laridən çox olan 54 500 ədəd müxtəlif nominallı bəyan edilməmiş siqaretlər götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 8 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 200-cü maddəsinin ikinci və üçüncü hissələri ilə aparılır. Təqsirləndirilən şəxslərlə cinayət əlaqəsində olan digər şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində müvafiq tədbirlər görülür.