Danilov cəbhədəki vəziyyət barədə: İki addım irəli gedəcəyik
Haradasa bir addım geri çəkilə bilərik, amma iki addım irəli gedəcəyik.
Bunu Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov “X” hesabında yazıb.
O, cəbhədəki vəziyyətin çətin olduğunu bildirib: “Lakin Ukrayna bütün çağırışlara cavab tapacaq”. O.Danilov proseslərin sürətlə inkişaf etdiyini vurğulayıb: “Haradasa bir addım geri çəkilə bilərik, amma iki addım irəli gedəcəyik”.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller daha əvvəl Ukraynanın Rusiyaya sürprizlər hazırladığına işarə vurub.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.