Ukraynada daha iki gürcü döyüşçüsü həlak olub

Ukraynada davam edən müharibədə daha iki Gürcüstan əsilli döyüşçü həlak olub.

Bu barədə Ukraynada döyüşən digər gürcü döyüşçülər məlumat yayıblar. Bildirilir ki, Nodar Nəsirov və Giorgi Qoqiaşvili Şərq Cəbhəsinin cəbhə xəttində həlak olublar.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsində indiyədək 70-dən çox Gürcüstan əsilli döyüşçü həyatını itirib.