Polşada həyat yoldaşını amansızlıqla qətlə yetirən Telman Namazoğlu ömürlük… – FOTO

Polşada dəhşətli qətl hadisəsi törədən Gürcüstan vətəndaşı Telman Namazoğluna ömürlük həbs cəzası verilib.

RealNews.ge “Mtavari” telekanalına istinadən xəbər verir ki, Lodz Məhkəməsi onu 24 yaşlı həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilib. Belə ki, 44 yaşlı kişi 24 yaşlı həyat yoldaşını amansızlıqla qətlə yetirib.

İstintaq nəticəsində məlum olub ki, 3 uşaq anası Telman Namazoğlu ilə uzun illər psixoloji və fiziki zorakılıq şəraitində yaşayıb. Rozeta Kaliçavanın qətlinə məhz dözülməz reallıqdan qaçmaq cəhdi səbəb olub. Gənc qadın uşaqları ilə birlikdə Gürcüstana qayıtmağı planlaşdırıb, ancaq zorakı ərindən qaça bilməyib. 44 Yaşlı kişi arvadını soyuq silahla qətlə yetirib, izlərini gizlətmək üçün isə kirayədə qaldığı mənzili yandırmağa cəhd edib.