Savalan Mirzəyev Ramazan ayının başlaması münasibətilə müsəlmanları təbrik edib

Gürcüstan Parlamentinin deputatı Savalan Mirzəyev  müqəddəs Ramazan ayının başlaması münasibətilə müsəlmanları təbrik edib.

“Əziz həmvətənlər
Ən xoş və saf hisslərlə aşılanan, xeyirxahlıq ayı olan mübarək Ramazan ayının başlanması münasibətilə bütün müsəlmanları səmimi-qəlbdən təbrik edirəm .Həmrəylik və paylaşma ayı olan Ramazanın millətimizə və bütün İslam aləmi üçün xeyirli olmasını diləyirəm. Rəbbim tutduğumuz orucları, etdiyimiz duaları, ibadətləri qəbul etməsini nəsib etsin.” – deyə təbrikdə deyilir.