Tbilisidə güclü partlayış baş verib – FOTO

Gecə saatlarında Tbilisinin Samtredi küçəsində güclü partlayış olub.

Belə ki, partlayış yaşayış binalarından birinin 1-ci mərtəbəsində təmir işləri aparılan yerdə baş verib. Nəticədə binanın fasadı uçub. Məlumata görə, hadisə nəticəsində yaxınlıqdakı binaların şüşələri və avtomobillər zədələnib. Partlayış baş verən binanın sakinləri isə müvəqqəti olaraq otellərdə yerləşdiriliblər.

Məlumatlara görə, qeyd olunan ünvanda 93 ailə yaşayır. İlkin məlumata əsasən, xəsarət alan olmayıb. Hadisənin qaz sızıntısından baş verdiyi güman edilir.