DİQQƏT! Martın 15-dən etibarən şəxsiyyət vəsiqələrinin pulsuz dəyişdirilməsi mümkün olacaq

Verilmiş şəxsiyyət vəsiqəsində və ya doğum haqqında şəhadətnamədə Ədliyyə evi tərəfindən hər hansı səhvə yol verilibsə, martın 15-dən aprelin 1-dək pulsuz dəyişdirmək mümkün olacaq.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə 2024-cü il iyulun 1-dən Gürcüstan vətəndaşlarının 2011-ci il iyulun 28-dək verilmiş qeyri-elektron, köhnə laminatlaşdırılmış şəxsiyyət vəsiqələri də ləğv ediləcək. Layihəyə əsasən, qeyd olunan şəxsiyyət vəsiqələrinin sahiblərinə yeni şəxsiyyət vəsiqələri isə pulsuz təqdim olunacaq.