İlham Əliyevin İrakli Kobaxidze ilə təkbətək görüşü olub – FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısının dəvəti ilə Azərbaycanda rəsmi səfərdə olan Baş nazir İrakli Kobaxidze ilə təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Gürcüstanın Baş nazirinin Azərbaycana rəsmi səfərinin əməkdaşlığın daha da genişlənməsi işinə töhfə verəcəyi bildirildi.

Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.