Novruz bayramı ilə bağlı məhkumlara bu sovqatları çatdıra bilərsiniz
Bütün Gürcüstan Müsəlmanları İdarəsi hər il olduğu kimi, bu il də qarşıdan gələn Novruz bayramı ilə əlaqədar müsəlman məhbuslar üçün bayram sovqatlarının qəbulu ilə bağlı xüsusi penitensiar xidmətə müraciət edib.
Aidiyyatı qurum Müsəlmanlar İdarəsinin müraciətinə müsbət cavab verərək, öz səlahiyyətləri daxilində mövcud qanunvericiliyə uyğun olaraq 19-20-21-22 mart tarixlərində aşağıda göstərilən ərzaq məhsullarının müəssisələrə buraxılmasına icazə verib:
1. Soyutma ət – 3 kq;
2. Plov – 2 kq;
3. Pendir – 2 kq;
4. Üzüm qurusu əlavə olunmuş tort;
5. Qızardılmış və soyutma toyuq əti;
6. Xiyar-pomidor 3 – kq;
7. Meyvə – 5 kq.