“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest” festivalına layihə təqdim edib – FOTO

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən “Robotexnika Klubu”nun üzvləri üzərində işlədikləri təkrar emal layihəsini Türkiyədə keçiriləcək “Texnofest” festivalına təqdim edib.

Gənc robotexniklər əvvəlcə plastik tullantılardan üçölçülü – 3D çap üçün müxtəlif növ filamentlər hazırlayıb, daha sonra həmin filamentləri çoxsaylı 3D fiqurların çapında istifadə ediblər. Bundan əlavə, “Robotexnika Klubu”nun üzvləri “Arduino” sensoru ilə uzaqdan idarə olunan maşınlar, robotlar, sensorlu əşyalar hazırlayıblar.