Tbilisi şəhərinin mərkəzində Novruz Bayramı şənliyi keçiriləcək
M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının təşəbbüsü, Tbilisi meriyasının, eləcə də Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin dəstəyi ilə Tbilisi şəhərinin mərkəzində, Abanotubani küçəsində (Heydər Əliyev parkının yanı) Novruz Bayramı şənliyi keçiriləcək.
Tədbir çərçivəsində Gürcüstandakı azərbaycanlı icmasının Novruz adət-ənənələrinin, milli rəqslər, mahnılar və mətbəxinin geniş təqdimatı olacaq.
Tədbir 20 mart 2024-cü il tarixində saat 13:00-da başlayacaq, saat 18:00-dək davam edəcək.
Bayram şənliyində həmçinin Novruz Bayramının qeyd olunduğu Türkiyə, Qazaxıstan, Türkmənistan və İranın Gürcüstandakı səfirlikləri də öz xalqlarının Novruz ənənələrini nümayiş etdirəcəklər.
Novruz Bayramı şənliyində Aşıq Nargilə, “Sarvan” rəqs qrupu, Xırdalan Musiqi Məktəbinin ansamblı, eləcə də “Ceyran”, “Buta”, “Çıraqdani”, “Qvirila” ansamblları, müğənnilər Nikos Bandi, Oto Bazeraşvili, Dito Kitsişvili, həmçinin bir çox digər ifaçılar da çıxışlar edəcəklər.