Fransalı general Aİ-nin Gürcüstandakı monitorinq missiyasının rəhbəri təyin edilib
Avropa İttifaqı (Aİ) Şurası Gürcüstandakı Aİ-nin Monitorinq Missiyasına (AİMM) yeni rəhbər təyin edib.
Bu barədə şuranın saytında məlumat yerləşdirilib.
Bildirilib ki, fransalı general-mayor Bettina Boughani 2024-cü il martın 21-dən 14 dekabr 2024-cü ilədək AİMM-in rəhbəri vəzifəsini icra edəcək.
Məlumatda qeyd olunub ki, Bettina Boughani Fransa Milli Jandarmının zabitidir və daha əvvəl BMT-də, Fransa Milli Jandarmında, həmçinin Fransa Daxili İşlər Nazirliyində ali vəzifələr tutub. Onun ən son BMT komissarı kimi Malidə münaqişənin qarşısının alınması, vasitəçilik, sülhməramlılar kimi həssas siyasi və təhlükəsizlik kontekstindəki fəaliyyətlərdə iştirak etdiyi qeyd olunub.
Qeyd edək ki, Bettina Boughani sələfi Dimitrios Karabalisi əvəz edəcək.