DİQQƏT! Bu şəxslər 100 000 lari kredit götürə biləcəklər

Dövlət bir illik məhsul yetişdirmək üçün fermerlərə maksimum 100 000 lari, qoz-fındıq istehsalçılarına isə 300 000 lari kredit verəcək.

Bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri Otar Şamuqiya məlumat verib.

Nazir qeyd edib ki, birillik məhsul yetişdirməklə məşğul olan fermerlərə kredit götürməyə icazə veriləcək: “Güzəştli aqrokredit layihəsində dəyişikliklər var. Keçən il olduğu kimi, bu il də birillik məhsul yetişdirməklə məşğul olan fermerlərə kredit götürməyə icazə verəcəyik. Bu kredit məhsul becərilməsi üçün, dövriyyə vəsaiti şəklində olacaq və biz onu bir il müddətinə 9 faizlə maliyyələşdirəcəyik, kreditin maksimum məbləği isə 100 min lari olacaq. İllik məhsulların saxlanması üçün tələb olunan xərclərin maliyyələşdirilməsində bu hissədə fermerlərə dəstək olmağımız vacibdir. Burada qeyd etmək istərdim ki, proqramda fındıq fermerlərinə dəstək də nəzərə alınacaq. Bilirsinizmi, biz 3 hektardan çox olmayan fındıq bağı olan fermerlərə hər hektar üçün 500 lari subsidiya şəklində kömək edirik və bu proqramda daha böyük ərazilərə malik fermerlərə faizlərin subsidiyalaşdırılması şəklində dəstək nəzərdə tutulur”, – deyə nazir bildirib.