KİV: Ermənistan Ciliza kəndini Gürcüstana qaytarmağı planlaşdırır
Ermənistan Azərbaycan və Gürcüstanla sərhədlərin demarkasiyası prosesini sürətləndirmək niyyətindədir.
Bu barədə yerli “Joğovurd” nəşri yazıb.
Nəşrin sözlərinə görə, erməni tərəfi iki ölkənin sərhədində, Ermənistanın Lori vilayətinin Alaverdi bölgəsində yerləşən Ciliza kəndini Gürcüstana qaytarmağı planlaşdırır.
Həmçinin əlavə edilib ki, Baş nazir İrakli Kobaxidze bu yaxınlarda İrəvana səfəri zamanı erməni həmkarı Nikol Paşinyanla bu məsələ ətrafında müzakirə aparıb.