Ərdoğan Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış sənədi təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması məqsədilə ilkin məlumat mübadiləsini nəzərdə tutan sazişi təsdiqləyib.

Sazişin təsdiqi ilə bağlı məlumat “Resmi Gazete”də yayımlanıb.

“18 avqust 2022-ci il tarixində Bakıda imzalanmış əlavəli “Türkiyə Respublikası Hökuməti, Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi çərçivəsindəki gömrük tranzit prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş”in təsdiqlənməsinə 244 saylı Qanunun 5-ci maddəsi ilə 9 saylı Prezident Sərəncamının 2-ci və 3-cü maddələrinə əsasən qərar verilmişdir”, – sənəddə qeyd olunub.