Tbilisidə partlayış: 2 nəfər ölüb, 4 yaralı var

Tbilisinin Boçormi küçəsində  yerləşən “Bettleground” mağazasında baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub, 4 nəfər yaralı isə təcili tibbi yardım briqadaları tərəfindən müxtəlif xəstəxanalara çatdırılıb.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb

“Məlumat daxil olan kimi Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları, o cümlədən yanğınsöndürənlər, patrul polisi və kriminal polis orqanlarının əməkdaşları hadisə yerinə gəliblər.
Hazırda bütün lazımi tədbirlər görülür”, – məlumatda deyilir.