Marneulidə iftar süfrəsi təşkil olunub
Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Marneulidə iftar süfrəsi təşkil olunub.
Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşı, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərkəzin icraçı direktoru Murad Muradov çıxış edərək Dövlət Komitəsinin sədri Fuad Muradovun Ramazan bayramı münasibətilə təbriklərini çatdırıb.
Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Ramiz Hacızadə çıxış edərək səfir Faiq Quliyevin təbrik və salamlarını çatdırıb.
Diplomat Ramazan ayının birlik və bərabərlik, saflıq ayı olduğu bildirib.
O, Gürcüstan dövlətinin Azərbaycanlıların dini sahədə hüquqlarının azad, sərbəst həyata keçirilməsinə yaratdığı şəraiti xüsusi qeyd edib.
Daha sonra Marneulinin Baş axundu Hacı Əziz Nəbiyev çıxış edərək Ramazan bayramı, orucun və iftar süfrələrinin önəmi barədə ətraflı məlumat verib, dualar oxunub.