AİHM Gürcüstanın Rusiyaya qarşı iddiasını təmin edib
Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanın Rusiyaya qarşı Abxaziya və Cənubi Osetiyada insan hüquq və azadlıqlarının pozulması ilə bağlı 2018-ci ildə irəli sürdüyü iddianı təmin edib.
Qərarın mətni qurumun saytında yerləşdirilib.
Sənəddə göstərilir ki, 2008-ci ilin avqustunda Rusiya hərbçilərinin beynəlxalq hüquqa əsasən Gürcüstanın suveren əraziləri hesab olunan Cənubi Osetiya və Abxaziyada həyata keçirdiyi hüquqazidd əməllər nəticəsində Avropa İnsan Hüquqları Konvensiyasının 5.1-ci və 8-ci maddələri pozulub.
Qərarda Avropa İnsan Hüquqları Məhkəməsinin əlində Rusiya tərəfinin Gürcüstanda həyata keçirdiyi qısamüddətli hərbi əməliyyatın qurbanları haqqında məlumatların, şahid ifadələri və həmin dövrdə regiona səfər edən jurnalistlərin hazırladığı reportajların mətnlərinin olduğu da xüsusilə qeyd olunub.