Hindistan əhalisinin sayına görə dünyada birinci yerdədir
Hindistan hazırda 1,442 milyard nəfər olan əhalinin sayına görə dünya lideri olub.
Bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) hesabatında deyilir.
Fondun qiymətləndirməsinə görə, Hindistanda demoqrafik göstəricilərin artması ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması və doğum zamanı ana ölümlərinin səviyyəsinin azalması ilə bağlıdır (2020-ci ildə – 8 %, 1990-cı ildə – 26 %). Əhalinin yetərincə böyük hissəsini 10-24 yaş arası gənclər (26 %) təşkil edir. Kişilər üçün orta ömür uzunluğu 71 yaş, qadınlar üçün isə 74 il qiymətləndirilir.
Reytinqdə ikinci yeri 1,425 milyard insanla Çin tutub. Təşkilatın hesablamalarına görə, Çinin əhalisi 2022-ci ildə zirvəyə çataraq 1,426 milyard nəfər olub və yavaş-yavaş azalmağa başlayıb.