Şərti düşmən kütləvi atəşlə məhv edilib – VİDEO
Gürcüstan Müdafiə Qüvvələrinin Şərq Komandanlığının 4-cü motoatıcı briqadasının 42-ci qarışıq zirehli tank batalyonunun 44-cü artilleriya taborunun hərbi qulluqçuları Vaziani poliqonunda təlim keçiriblər.
Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, təlimin məqsədi şərti düşməni kütləvi atəşlə məhv etmək olub.
“Rota səviyyəli bölmələrin əsgərləri taktiki hərəkət, şərti düşmənin təhlükəsinə cavab vermək və məhv etmək tapşırıqlarını yerinə yetiriblər. Oxşar təlimlər Müdafiə Qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsinə və bölmələr arasında sinxron fəaliyyətə töhfə verir”, – məlumatda deyilir.