Havanın temperaturu bu günlərdə +30 dərəcəyi keçəcək

Aprelin 27-dək ölkə ərazisində günəşli və yağmursuz hava şəraiti hökm sürəcək.

Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Belə ki, qeyd olunan tarxilərdə arabir şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Məlumata görə, qarşıdakı günlərdə havanın temperaturu gecə +9, +12, gündüz isə +30, +32 dərəcə isti təşkil edəcək.