Tbilisidə “Ailənin müqəddəsliyi və valideynlərə hörmət” günü ilə əlaqədar izdihamlı yürüş keçirilib (FOTO)

“Ailənin müqəddəsliyi və valideynlərə hörmət günü” ilə əlaqədar Tbilisidə Patriarxlığın təşkilatçılığı ilə yürüş keçirilib.

Yürüşdə Baş nazir İrakli Kobaxidze, Parlamentin sədri Şalva Papuaşvili, Tbilisi meri Kaxa Kaladze və Patriarxlığın nümayəndələri iştirak ediblər. Öncə Parlamentin önündə ki, Kaşveti kilsəsinə toplaşan vətəndaşlar müqəddəs Üçlük Katedralı istiqamətində yürüş ediblər. Üçlük Katedralı önündə baş nazir İrakli Kobaxidze çıxış edərək ailə dəyərlərindən və onun qorunub saxlanılmasından danışıb, bundan sonra isə dualarla mərasim yekunlaşıb.

Məlumat üçün bildirək ki, yürüş Tbilisidən başqa, Kutaisi, Mtsxeta, Rustavi və Batumidə də keçirilib. Gürcüstanın katolikos-patriarxı 2014-cü ildə mayın 17-ni Ailə müqəddəsliyi günü elan edib.