Bu gün Gürcüstanın Müstəqillik Günüdür
Bu gün Gürcüstanın əsas dövlət bayramı – Müstəqillik Günü qeyd olunur.
106 il bundan öncə – 1918-ci ilin mayın 26-da Gürcüstanın Milli Şurası dövlət müstəqilliyi aktını qəbul edib. Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika iki il yarım mövcud olub.
Ölkəmiz dövlət müstəqilliyini 1991-ci ilin aprelin 9-da yenidən bərpa edib. Qeyd edək ki, bu gün əlamətdar gün münasibəti ilə paytaxt Tbilisidə hərbi parad, bölgələrdə isə müxtəlif genişmiqyaslı tədbirlər keçirilcək.