Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub – FOTO

Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub.

Mərkəzin direktoru Raida Dərziyeva tədbir iştirakçılarına dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alındığını bildirib. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Tədbirdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününün dünyanın əksər ölkələrində olduğu kimi, ölkəmizdə də böyük sevgi ilə qeyd edildiyi bildirilib, gələcəyimiz olan uşaqların hüquqlarının qorunması, onların təhlükəsiz, hərtərəfli qayğı ilə əhatə olunması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasının dövlət uşaq siyasətinin başlıca prinsiplərindən olduğu vurğulanıb.

Daha sonra uşaqlar Azərbaycanvə gürcü dillərində şeir, mahnı və rəqslər ifa ediblər.