“Yaşıl Dünya Naminə Həmrəylik İli – Gürcüstan“ yay düşərgəsi keçirilib
“Yaşıl Dünya Naminə Həmrəylik İli – Gürcüstan“ yay düşərgəsi keçirilib.
Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən düşərgədən öncə iştirakçılar səhər saatlarında paytaxt Tbilisidə Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyduqdan sonra Kobuletiye yola düşdülər.
Kobuletidə baş tutan düşərgənin açılışını GAİM-in içraçı direktoru Murad Muradov etdikdən sonra iştirakçılara düşərgə haqqında ətraflı məlumat verib, layihənin məqsəd və önəmi vurğulanıb.
Azərbaycan Respublikasının Gürcüstan səfirliyinin əməkdaşı Ramiz Hacızadə görüşə online qoşularaq, Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyevin salamlarını çatdırıb.
Daha sonra Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sabit Məmmədova söz verilib. Sabit Məmmədov iştirakçılara Komitə Sədri Fuad Muradovun salamlarını çatdırıb, Komitə tərəfindən həyata keçirlən layihələr barədə məlumat verərək, gənclərə uğurlar arzu edib.
Qeyd edək ki, düşərgə boyuncə təlimlər Eco Centre-nin təsisçisi Tinatin Mağedani tərəfindən keçirilib.