Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində “Şuşa: tarix, mədəniyyət və müasirlik” adlı tədbir keçirilib – FOTO

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində “Şuşa: tarix, mədəniyyət və müasirlik” adlı tədbir keçirilib.

Tədbirin əsas məqsədi Azərbaycanın qədim torpağı, tarix və mədəniyyət beşiyi olan Şuşa şəhərini gənclərimizə tanıtmaq olub.

GAİM-nin icraçı direktoru Murad Muradov tədbirdə gənclərə Ulu Öndər Heydər Əliyevin Şuşa haqqında söylədiklərini xatırladıb: “…Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”.

Tədbirdə çıxış edənlər Şuşa şəhərinin Qarabağ xanlığının paytaxtı olaraq Azərbaycan tarixində çox böyük siyasi, mədəni, elmi və strateji yer tutduğunu vurğulayıblar.

Tədbirin sonunda Şuşaya həsr olunmuş videoçarxlar nümayiş etdirilib.