Toivo Klaar: Xüsusi nümayəndələrin görüşü Cənubi Qafqazın daha sabit olması üçün vacib elementdir

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar normallaşma prosesi üzrə Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin sərhəddəki görüşünü vacib adlandırıb.

Bu barədə Toivo Klaar “X” hesabında paylaşım edib.

“Dünən Serdar Kılıç və Ruben Rubinyan arasında Ermənistan – Türkiyə sərhəddində mühüm görüş oldu. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması və kommunikasiyaların yenidən açılması Cənubi Qafqazın daha sabit və firavan olması üçün vacib elementlərdir”, – Klaar vurğulayıb.

Xatırladaq ki, iyulun 30-da Ermənistan və Türkiyənin normallaşma üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıç sərhəddə görüşüb.