Zaur Darğallı Marneulidə yerli əhali ilə görüşüb – FOTO

“Gürcü Arzusu” partiyasının Marneuli-Qardabani seçki dairəsi üzrə namizədi Zaur Darğallı seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Marneuli bələdiyyəsinin Kürtlər ərazi birliyində yerli əhali ilə görüş keçirib.

Görüşdə yerli əhali üçün prioritet məsələlər, həmçinin “Gürcü Arzusu”nun idarəçilik dövründə davam edən və həyata keçirilən layihələrə nəzər yetirilib.

“Əhalinin əhval-ruhiyyəsinə əsaslanaraq əminəm ki, oktyabrın 26-da biz yenidən ləyaqətlə qalib gələcəyik ki, bu da bu ölkənin sabit inkişafına zəmanət verəcək”, – deyə Zaur Darğallı yerli sakinlərlə görüş zamanı bildirib.