Qardabani Meri Davit Qarqarateli əhali ilə görüşlər keçirib – FOTO

Qardabani Meri Davit Qarqaratrli Lemşveniera və Naqebi kəndlərinin yerli əhalisi ilə görüşüb. Görüşdə Qardabani bələdiyyəsinin sədri Mixeil Qedexauri, müavini Samir Xiyalov, eləcə də digər rəsmilər və sakinlər iştirak ediblər.

Görüşdə yerli əhali üçün prioritet məsələlər müzakirə edilib. Həmçinin son illərdə həyata keçirilən layihələrdən, gələcək planlardan danışılıb.