Prezident parlament seçkilərini tanımaqdan imtina etdi – SABAH TBİLİSİDƏ…

“Mən bu seçkiləri tanımıram, bu seçkilər tanınmaz – bunun tanınması Rusiyanın ölkəyə daxil olmasının tanınması deməkdir”.

Bu barədə prezident Salome Zurabişvili müxalifət partiyalarının liderləri ilə birgə keçirdiyi brifinqdə deyib.

Prezident qeyd edib ki, 26 oktyabr seçkiləri tamamilə saxtalaşdırılıb: “Saxtakarlığı ört-basdır etmək üçün texnologiyadan istifadə edilib. Belə şey indiyə qədər olmayıb. Bu seçkilər Gürcüstanda deyil, Rusiyada keçirilib”.

Prezident və müxalifət partiyaları xalqı sabah (28 oktyabr tarixində) Rustaveli prospektinə toplaşmağa çağırıblar: “Sizi sabah saat 19:00-da Rustaveliyə dəvət etmək istəyirik ki, birlikdə bu seçkiləri tanımadığımızı dünyaya bəyan edək”, – deyə prezident müraciətində bildirib.

Bizi WhatsApp – da izləyin.