Zəfər Günü ilə bağlı “Biz” sənədli filmi nümayiş etdirilib – FOTO
8 Noyabr – Zəfər Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunub.
Bu münasibətlə Tbilisidə bayram tədbiri keçirilib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, ictimaiyyət nümayəndələri, tələbələr və gənclər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.
Səfir Faiq Quliyev çıxış edərək Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixindən danışıb, müstəqilliyin ilk illərində qarşılaşdığı problemlər barədə məlumat verib.
Diplomat 44 günlük Vətən müharibəsində Gürcüstan Azərbaycanlılarının rolunu xüsusi qeyd edib. Bildirib ki, 24 nəfər soydaşımız bu müharibədə şəhidlik zirvəsinə yüksəlib.
Sonda Zəfər Günü ilə bağlı “Biz” sənədli filmi nümayiş etdirilib.
Bizi WhatsApp – da izləyin.