Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 8 noyabr Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib
Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 8 noyabr Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
İctimaiyyət nümayəndələrinin və Mərkəzdə təhsil alan şagirdlərin iştirakı ilə keçirilən tədbir Gürcüstan və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanılıb. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Raida Dərziyeva, şairə Güllü Tomarlı, şair-publisist Rafiq Hümmət, ERA teatrının rəhbəri Anar Rafiqoğlu və digərləri çıxış edərək Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğrunda apardığı Vətən müharibəsində qazandığı şanlı qələbə barədə fikir və təəssüratlarını ifadə ediblər. Duyduqları qürur və iftixar hisslərini dilə gətirən çıxış edənlər Gürcüstanın da işğal olunmuş ərazilərində öz suverenliyini bərpa edəcəyinə əminliklərini bildiriblər.
Qeyd edək ki, Mərkəzdə təhsil alan şagirdlər mahnı, şeir və rəqslərdən ibarət konsert proqramı təşkil ediblər. Zəfər Gününə həsr olunmuş rəsmlər sərgiləyiblər.