Təhsil almaq istəyən 26 nəfərin 36.000 larisini dələduzluq yolu ilə…
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən, Kvemo Kartli bölgə prokurorluğu ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, özgəsinin əmlakına dələduzluq yolu ilə sahib olmaq faktı üzrə məhkəmənin qərarı əsasında bir şəxs həbs edilib.
Bu barədə Nazirliyin İstintaq Xidməti məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində ABŞ və Böyük Britaniyada guya təşkil edilmiş təhsil proqramına qoşulacaq şəxslərin qrupu yaratmışdır. Bu qrupa daxil olmuş 26 fiziki şəxsə müəyyən məbləğdə pul ödədikləri təqdirdə onların təhsil mübadilə proqramına qoşulacaqları və onlara ABŞ və Böyük Britaniya vizalarının veriləcəyi barədə yalan məlumatlar verib.
Bu yolla 2023-cü ilin iyul ayından 2024-cü ilin avqust ayına qədər təqsirləndirilən şəxs aldadaraq 26 fiziki şəxsin ümumi məbləği 36 000 lari olan vəsaitini ələ keçirib.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə aparılır ki, bu da 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi WhatsApp – da izləyin.