Qar, yağış, güclü külək… – HAVA PROQNOZU
Milli Ətraf Mühit Agentliyi sabah, 16 noyabrda Gürcüstanda gözlənilən hava proqnozu barədə əhaliyə xəbərdarlıq edir:
“16 noyabrda Qərbi Gürcüstanın əksər və Şərqi Gürcüstanın qərb rayonlarında yağış, yüksək dağlıq ərazilərdə isə qar, bəzi yerlərdə güclü yağıntılar gözlənilir. Gürcüstan ərazisində bəzi yerlərdə qərb istiqamətli güclü külək əsəcək. Dənizdə isə 4 ballıq fırtınalı dalğa ehtimalı var.
Gözlənilən yağıntılar Qərbi Gürcüstanın çaylarında su səviyyəsinin artmasına, həmçinin təpəlik və dağlıq zonalarda torpaq sürüşməsi və daşqın proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi orta)”, – deyə məlumatda bildirilib.
Bizi WhatsApp – da izləyin.