SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! Bu qanun pozuntusuna görə cərimələnə bilərsiz…

Küçədə hərəkət edərkən səs-küy salaraq əhaliyə narahatçılıq  yaradan sürücülər cərimələnəcək.

Bu barədə “İnzibati Xətalar Məcəlləsi” və “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliklər qüvvəyə minib.

Belə ki, yanvarın 1-dən etibarən qanunda müəyyən edilmiş normadan artıq səs çıxaran nəqliyyat vasitəsini idarə edən şəxs 100 lari məbləğində cərimələnəcək. Təkrar halda cərimə 200 lari, növbəti dəfə isə sürücü 300 lari cərimə olunacaq.

Həmçinin sürücülük vəsiqəsinin balları da müvafiq olaraq azaldılacaq.

Bizi WhatsApp – da izləyin.