Kreditlər yeni qayda ilə veriləcək…
Milli Bank yanvarın 1-dən etibarən dollar kreditlərinin verilməsi qaydalarını sərtləşdirib və lari ilə kreditlərin verilməsi üçün yeni limit tətbiq edib.
Belə ki, yanvarın 1-dən banklar xarici valyutada 500 min lariyə qədər kredit vermək hüququna malik olmayacaqlar. Belə ki, lari ilə gəliri olan vətəndaşlar yalnız lari ilə 500 min lariyə qədər kredit götürə biləcəklər.
Həmin şəxslər artıq bu həcmdə xarici valyutada kredit götürə bilməyəcəklər.
Bununla belə, lari və dollar kreditləri üzrə faiz dərəcələri dəyişməz olaraq qalacaq. Xatırladaq ki, Milli Bank 2024-cü ilin may ayında analoji qərar qəbul edərək limiti 400 min lari etmişdir.
Bizi WhatsApp – da izləyin.