9 yanvar Gürcüstanda matəm günü elan edildi
Gürcüstan hökumətinin qərarına əsasən, işğal altında olan Qali rayonunun Saberio kəndində baş vermiş beş uşağın həyatına son qoyan faicə ilə əlaqədar 9 yanvar ölkədə matəm günü elan edilir.
Bu barədə Hökumət administrasiyası məlumat yayıb.
“Baş nazir İrakli Kobaxidzenin imzaladığı müvafiq sərəncama görə, matəm günü ilə əlaqədar olaraq Gürcüstan ərazisindəki inzibati binalarda dövlət bayraqları endiriləcək.
Gürcüstan hökuməti yanğın nəticəsində həlak olan uşaqların ailəsinə və yaxınlarına bir daha başsağlığı verir”, – deyə bildirilib.
Bizi WhatsApp – da izləyin.